13 mart 2015 19:15
Elbrus Məmmədov: XL ən pis oyununu sərgilədi
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Tamaşaçıları stadiona cəlb edən şəxslərə minnətdaram. Düşünürəm ki, futbolçular ümidləri doğrultmadılar. Gəncləşdirmə siyasəti həyata keçirildikdən bu yana ən pis oyunumuzu sərgilədik. Komandadan narazıyam”.
