13 mart 2015 15:45
Mübariz Zeynalova yubiley təbriki
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, “Neftçi”nin heyətində 1966-cı ildə SSRİ çempionatında üçüncü yeri tutmuş futbol veteranı Mübariz Zeynalovla görüşüb. Azerisport.az xəbər verir ki, 70 illik yubileyi ilə əlaqədar AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından veteran futbolçunu təbrik edən baş katib, yubilyara cansağlığı, uzun ömür arzulayıb. (AFFA)
