13 mart 2015 15:25
Millimiz Bəhreyni darmadağın etdi
21 yaşadək qızlardan ibarət Azərbaycan yığması Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi beynəlxalq turnirdə ikinci matçını keçirib. Azerisport.az xəbər verir ki, komandamız bu dəfə Bəhreyn millisi ilə qarşılaşıb.
Oyun Azərbaycan yığmasının qələbəsi ilə başa çatıb - 4:0. Yığmamızın qollarını Sevinc Cəfərzadə, Natalya Rodelqo və dubla imza atan Yayza Relea vurub.
Qeyd edək ki, qızlarımızı martın 15-də Kiprlə oyun gözləyir. İlk oyununda isə komandamız Maltaya 1:2 hesabıyla uduzmuşdu.
