13 mart 2015 14:00
Azərbaycan millisi məğlub oldu
21 yaşadək qızlardan ibarət Azərbaycan yığması Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi beynəlxalq turnirdə ilk matçını keçirib. Azerisport.az xəbər verir ki, komandamız Malta millisi ilə qarşılaşıb.
Oyun Azərbaycan yığmasının məğlubiyyəti ilə başa çatıb - 1:2. Yığmamızın yeganə qolunu 70-ci dəqiqədə Jalə Mənsimova vurub.
Qeyd edək ki, qızlarımız bu gün Bəhreynlə qarşılaşacaq. Martın 15-də isə komandamızı Kiprlə oyun gözləyir.
