13 mart 2015 13:30
Portuqaliyalı futbolçular bu gün Bakıda olacaq
Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün Bakıya gəlir. Azerisport.az xəbər verir ki, AÇ-2015-in elit mərhələsində yığmamızın rəqiblərindən olan bu komanda hazırlıqlarını ölkəmizdə davam etdirəcək.
Qeyd edək ki, elit mərhələnin 2-ci qrupunun oyunları Bakıda təşkil olunacaq. Qrupun ilk görüşləri martın 17-də keçiriləcək.
2-ci qrupda Azərbaycan və Portuqaliya yığmaları ilə yanaşı, Serbiya və Xorvatiyanın 17 yaşlıları da mübarizə aparacaq.
