13 mart 2015 13:00

Namiq Yusifov: Azacıq arxayınlaşan kimi problemlər yaranır

"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifovun azerisport.az saytına müsahibəsi

- Bu gün sizi "Bakı" ilə cavab oyunu gözləyir. Sizin yarımfinala vəsiqəni ilk oyunda həll etdiyinizi demək olar?
- Yox. Biz buna elə yanaşmırıq. Ola bilər ki, ilk oyunda inamlı qələbə qazandığımıa görə şansımız çoxdur. Amma bu baxımdan cavab oyunu da vacib əhəmiyyət daşıyır. Meydana yalnız qələbə üçün çıxacağıq.

- "Qarabağ" bu mövsüm qızıl dubl edə bilər?
- Bunu kim istəməz ki? Allah eləsin ki, alınsın. Amma bunun üçün üzərimizdə çox çalışmalıyıq.

- Son turda "Xəzər Lənkəran"ı çətinliklə məğlub etməyinizin səbəbi nədir?
- "Xəzər Lənkəran" bizim üçün həmişə ciddi rəqib olub. Bu komanda indi də asan məğlub ediləsi kollektivlərdən deyil. Hər oyuna tam ciddi hazırlaşmaq lazımdır. Azacıq arxayınlaşan kimi problemlər yaranır. Düzdür, "Xəzər Lənkəran"la oyunda arxayınlıq yox idi. Xeyli qol vəziyyəti yaratsaq da, sadəcə, birindən yararlana bildik. Əsas da odur ki, qalib gəldik, 3 xal qazandıq.

- Demək olar ki, bundan sonra çempionluq mübarizəsi "İnter"lə "Qarabağ" arasında gedəcək?
- Biz ilk növbədə öz oyunumuza diqqət yetirməliyik. Maksimum xal toplamaq lazımdır.

- Çox az adam "İnter"in sizə çatacağına ümid edir...
- Qarşıda hələ çox oyun var. Ona görə də heç bir halda arxayınlaşmaq olmaz. Son oyunadək meydana qələbə üçün çıxacağıq.

- "Qarabağ"ın yeni transferi Dani Kintana barədə nə deyə bilərsiniz?
- Pis futbolçu olsaydı, "Qarabağ" onunla müqavilə bağlamazdı. Ümid edirəm ki, o, öz sözünü meydanda deməyi bacaracaq.

- Sizi əvvəllər meydanda daha çox görsək də, son vaxtlar az oynayırsınız...
- Bu, baş məşqçinin qərarıdır. Mən formada qalmağa çalışıram və şansımı gözləyirəm. Hər şey yaxşıdır. Ümid edirəm ki, bundan da yaxşı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.