13 mart 2015 12:00
İbrahim Uzunca: Növbəti mərhələyə vəsiqə qazana bilməsək də...
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bütün çətinliklərə baxmayaraq, biz sonadək mübarizə aparacağıq. Hətta növbəti mərhələyə vəsiqə qazana bilməsək də, layiqli futbol sərgiləmək istəyirik. "Qarabağ" kimi komanda ilə oyun gənc futbolçularımızın hər biri üçün yaxşı təcrübədir. Rəqibimizə müqavimət göstərməyə çalışacağıq".
