13 mart 2015 00:00

Bu gün yarımfinalçılar bəlli olacaq

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, mübarizəni davam etdirən 4 cütdən üçü əvvəlki mövsümlərdə də münasibətlərini aydınlaşdırıb.

Bu cütlər arasında yalnız "Neftçi" ilə AZAL indiyədək bu turnirdə görüşməyiblər. Paytaxt klublarının duelində "ağ-qaralar" favorit görünürlər. Premyer Liqada çempionluq şansını demək olar ki, itirən Arif Əsədovun komandası ən azı kuboku qazanmağa çalışacaq ki, bu yolda AZAL-ı mübarizədən kənarlaşdırmaq şərtdir. Lakin "təyyarəçilər" də sürpriz etmək üçün əllərindən gələni edəcəklər. Bu yolda səfərdə keçirilən ilk oyun qolsuz başa çatdığından, şüvəlanlılar cavab görüşündə mütləq qalib gəlməlidirlər. Tərlan Əhmədovun komandası yalnız qalib gəlməklə cavab oyununda sürprizə imza ata bilər. Amma ilk oyunun nəticəsi "Neftçi"nin hətta səfər oyununda qollu heç-heçə sayəsində də mərhələ adlamasına şərait yarada bilər.

İndiyədək kubokda yolları bir neçə dəfə kəsişən "İnter"lə "Xəzər Lənkəran"ın dueli də maraq doğurur. 6-cı dəfə kubokda üz-üzə gələn komandalar əvvəlki 5 dueldə 8 matça çıxıb. Bunlardan ikisi finala təsadüf edib. Kiçik üstünlüyə malik “Xəzər Lənkəran” bu görüşlərin hamısında qol sevinci yaşayıb. Amma “İnter” son 3 oyunda rəqibinə uduzmayıb. Bütövlükdə, 8 oyundan 2-də "İnter" qələbə qazanıbsa, 3-də "Xəzər Lənkəran" qalib gəlib. Daha 3 görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqi də cənubluların xeyrinədir - 10:8. Amma bu dəfə paytaxt təmsilçisi cütün favoritidir. Elə martın 4-də baş tutan ilk oyunda 2 cavabsız qolla qalib gəlməsi də bakılıların mərhələ adlamaq şanslarını artırıb. Gənclərin ümidinə qalan "ağ-yaşıllar" Premyer Liqanın ikincisinə yarımfinala çıxmağa mane olması inandırıcı görünmür.

Eyni sözləri - "Qarabağ" - "Bakı" cütünə də aid etmək olar. Bu komandalar da kubokda indiyə qədər 8 oyun keçiriblər ki, onların 5-də Ağdam klubu qələbəni bayram edib. 2 oyun sülhlə bitdiyi halda, bir dəfə də "zolaqlılar" qalib gəliblər. Paytaxt təmsilçisi əvvəlki 4 dueldən yalnız birində mərhələ adlaya bilib. Böyük üstünlüyə malik “Qarabağ” son 3 ev oyununda qol buraxıb. Amma son çempionatın qalibi, Premyer Liqanın indiki liderinin bu dəfə də "Bakı"nı mübarizədən asanlıqla kənarlaşdıracağı şübhə doğurmur. Çünki ilk oyunda Qurban Qurbanovun komandası rəqibini 3 cavabsız qolla məğlub edib. "Zolaqlılar"ın belə bir fərqi aradan qaldırmasına demək olar ki, ümid edən yoxdur.

1/4 final mərhələsinin əsas qarşıdurması isə "Qəbələ" ilə "Simurq" arasındadır. Kubokda yolları yalnız 1 dəfə kəsişən komandalar 8 ildən sonra üz-üzə gəlib. Hər iki klubun öz meydanında qalib gəldiyi əvvəlki duelin taleyini səfər qolu həll edib. Nəticədə hər iki görüşdə qol vuran “Qəbələ” mərhələ adlayıb - 1:0, 1:2. Amma bu dəfəki dueldə "Simurq" daha şanslı görünür. Çünki Georgi Çixradzenin komandası səfər oyununda qazandığı 3:0 hesablı qələbə ilə demək olar ki, cütün taleyini həll edib. "Qəbələ" bəlkə də səfər oyununda rəqibin arxayınlığından yararlanıb, qələbə qazana bilər. Amma bu qələbənin mərhələ keçməyə bəs edəcəyi inandırıcı görünmür.

Azərbaycan Kuboku
1/4 final
(cavab oyunları)
13 mart (cümə)

15:00. AZAL – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. "AZAL Arena".

15:00. “Bakı” – “Qarabağ”
Hakimlər: Xəlil Xəlilov, Azər Əsgərov, Mehman Mahmudov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
17:00. “Xəzər Lənkəran” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

17:00. “Simurq” – “Qəbələ”
Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Kamran Bayramov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Etibar Həsənov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor:  Məhəmməd Məmmədov
Zaqatala şəhər stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.