12 mart 2015 18:30
Ruslan Abışov: Malta ilə oyun reytinqdə irəliləməyimiz üçün bir şansdır
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov FİFA-nın yeni reytinq cədvəlinin açıqlanması ilə bağlı fikirlərini dilə gətirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmamız sonuncu dəfə bir il əvvəl qələbə qazanıb. Şübhəsiz ki, belə uzun müddət qələbə qazana bilməyəndə, geriləmə labüddür. Amma bu, həmişə belə olmayacaq. Qarşıda Malta ilə seçmə mərhələ oyunu var. Qələbə qazanmaq üçün yaxşı şansımız var. Buna nail olsaq, reytinqdə də yüksəlməyə başlayacağıq".
