12 mart 2015 17:30

Coşqun Diniyev: 30 000 manat mənim indi qazandığımdan azdır

Azərbaycan yığmasının və "İnter"in yarımmüdafiəçisi Coşqun Diniyevin azerisport.az saytına müsahibəsi

- Türkiyənin "Kasımpaşa" klubunun sizinlə maraqlandığı barədə xəbərlər var...
- Bu barədə konkret heç nə bilmirəm. Qış fasiləsi zamanı onlarla yoxlama oyunu keçirmişdik. Yəqin ki, mənim oyunumu orada görüblər. Bu barədə yalnız mövsümün sonunda dəqiq nəsə demək olar. Amma onların mənimlə maraqlandığını dəqiq bilirəm.

- "Xəzər Lənkəran"la ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunundan nə gözləyirsiniz?
- İlk oyundan sonra 2:0 hesablı üstünlüyümüz var. Şansımız yüksək olsa da, yarımfinala vəsiqəni təmin etmək asan olmayacaq. Cavab görüşü çətin keçəcək. Rəqib öz meydanında sonadək mübarizə aparacaq.

- İki həftə öncə hamı "Qarabağ"ı çempionluq münasibətilə təbrik edirdi. İndi yəqin ki, siz də fərqli düşünürsünüz...
- Ağdamlıların "Qəbələ"yə məğlubiyyəti aradakı xal fərqini azaltdı. Biz çempionluq mübarizəmizi davam etdirəcəyik. Həm də bizim hələ Ağdam klubu ilə iki oyunumuz var.

- Azərbaycan yığmasının Türkiyə toplanışında iştirak etmişdiniz. Malta ilə oyuna dəvət alacağınıza ümidiniz var?
- Dəvət gözləyirəm. Özümü hazır sayıram. Özümü yoxlamaq istərdim. İnanıram ki, komandamızı gücləndirə bilərəm. Hazır olmasaydım, Türkiyə toplanışına da çağırılmazdım. Oyuna da dəvət alsam, deməli, hazıram ki, çağırırlar.

- Baş məşqçi Robert Prosineçki bu barədə özünüzə nəsə deməyib?
- Söhbət zamanı məni gözlədiyini bildirdi. Amma başqa dediklərini sizə açıqlaya bilmərəm. Qoy bunlar elə öz aramızda qalsın.

- Yəqin növbəti mövsümdən 21 və 23 yaşadək futbolçuların maaşına limit tətbiq olunması barədə çıxarılan qərardan xəbəriniz var. Çünki 20 yaşınız var. Buna münasibətiniz necədir?
- Mənim müqaviləm ilin sonunda başa çatacaq. Hələ yeni müqavilə ilə bağlı söhbət etməmişəm. Bir futbolçu kimi mənə də çıxarılan qərarla barışmaq qalır. Baxmayaraq ki, 30 000 manat mənim indi qazandığımdan azdır (gülür).

- Amma Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən 25 faiz artırıla bilər...
- Heç bunu bilmirdim. Bu, istənilən gənc oyunçu üçün əlavə stimuldur. Mən ümumiyətlə, belə hesab edirəm ki, bu, yaxşı qərardır. Onsuz da böyük pullar bəzi gənc futbolçuları korlayır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.