12 mart 2015 16:45
Ruslan Abışov: Bəxt amili az rol oynamayacaq
"Qəbələ"nin yarımmüdafiəçisi Ruslan Abışov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Simurq"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini söyləyib. Azerispot.az saytına açıqlamasında o, bunları dilə gətirib:
"Şansımızın az olduğunu başa düşürük. Amma biz mübarizəmizi sona kimi aparacağıq. Hətta mərhələni keçə də bilməsək, qələbə qazanmağa çalışacağıq. Bu görüşdə bəxt amili az rol oynamayacaq. Bəxtimiz gətirsə, nəinki qələbə, hətta yarımfinala vəsiqə də qazana bilərik".
