12 mart 2015 15:00

Mahmud Qurbanov: Reytinq mövqeyimizin futbolçulara nə qədər maraqlı olduğunu deyə bilmərəm

Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanovun azerisport.az saytına müsahibəsi

- Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində yenə geriləyərək 13-cu pilləyə düşdü...
- Çox pis. Şərh ediləcək bir şey də yoxdur.

- Ötən il komandamız siyahıda ilk yüzlükdə idi. Bəs nə baş verdi ki, belə geriləmək məcburiyyətində qaldıq?
- Seçmə mərhələdə keçirdiyin dörd oyunun hamısında məğlub olursansa, belə aqibətlə üzləşməyə də razılaşmalısan. Başqa səbəb yoxdur. Əgər uduzmağa davam etsək, reytinqdəki mövqeyimiz daha da pis olacaq.

- Bu reytinq yığmada çıxış edən futbolçular üçün nə dərəcədə önəmlidir?
- Futbolçular da komandamızın neçənci yerdə qərarlaşdığını eşidib öyrənirlər. Amma bu, onlar üçün nə dərəcədə maraqlıdır, onu deyə bilmərəm. Hər kəsin öz fikri ola bilər.

- Bəs siz oynayanda sizə nə dərəcədə maraqlı idi?
- Şəxsən mən mütəmadi izləyirdim. Aşağı pillələrdə yer alanda mənə mənfi təsir edirdi. 139-cu pillə bizim mövqeyimiz deyil. Qarşıdakı Malta ilə oyunda qələbə qazanıb, mövqeyimizi yaxşılaşdırmalıyıq.

- Yığmamızın Malta ilə oyun üçün heyəti nə vaxt açıqlanacaq?
- Robert Prosineçkinin planlarından danışa bilmərəm. Amma böyük ehtimalla martın 18-dən sonra açıqlanar. Həmin gün Topaz Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək.

- Kamran Ağayev "Kayserispor"dakı son oyununda inamlı təsir bağışladı. Məşqçilər korpusu onun çıxışını izləyir?
- Biz bütün futbolçuları izləyirik. Bütün futbolçular oyun təcrübəsinə malik olmalıdırlar. Bu, bizim əsas tələbimizdir. Əgər Kamran da oynamağa davam etsə, milliyə dəvət alacaq.

- Malta ilə oyun Prosineçkinin ilk rəsmi sınağı olacaq. Sizə elə gəlmir ki, heyəti müəyyənləşdirərkən yerli məşqçilər - sizinlə Elxan Abdullayevin də üzərinə böyük məsuliyyət düşür?
- Biz həmişə ona düzgün və lazımlı informasiya verməyə çalışırıq. Digər tərəfdən xorvatiyalı mütəxəssis özü də oyunlara gedir və kimin nəyə qadir olduğunu yaxşı bilir. Azərbaycan yığmasında yerli və ya əcnəbi məşqçi anlayışı yoxdur. Biz hamımız komandanın uğuru üçün çalışırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.