12 mart 2015 14:30
Arif Əsədov: 18 günlük fasilə Neftçinin özünə gəlməsinə imkan verəcək
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki oyununa görə Topaz Premyer Liqasında yaranacaq 18 günlük fasilə ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kubok oyunundan sonra 18 günlük fasilə olacaq. Futbolçuları 3 günlük istirahətə buraxmağa hazırlaşırıq. Ondan sonra yenidən adi qaydada məşqlərimizi davam etdirəcəyik. Bir yoxlama oyunu keçirməyi də planlaşdırırıq. Bu, komandaya müsbət təsir etməlidir. Biz gərgin qrafiklə çıxış edirdik. Amma fasilə "Neftçi"nin özünə gəlməsinə imkan verəcək".
