12 mart 2015 14:15
Georgi Çixradze: Qəbələ ilə cavab oyununa tam ciddiyətimizlə hazırlaşırıq
"Simurq"un baş məşqçisi Georgi Çixradze Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasına o, bunları söyləyib:
"Qəbələdə yaxşı nəticəyə nail olduq. Amma bu, bizi arxayınlaşdırmamalıdır. Cavab oyununa da tam ciddiyətimizlə hazırlaşırıq. Yekun nəticə yalnız cavab oyunu başa çatandan sonra müəyyənləşəcək. Ondan sonra? Hadisələri qabaqlamaq istəmirəm. İndi biz sadəcə, yarımfinala çıxmaq barədə düşünürük. Qarşımıza Avropa Liqasına çıxmaq vəzifəsini qoymuşuq. "Ameri" ilə iki dəfə Gürcüstan Kubokunu qazanmışam. Bu, çox gözəl hissdir. Azərbaycanda da həmin hissləri yaşamaq istərdim".
