12 mart 2015 13:45
Millimizin açıq məşqi olacaq
Avropa çempionatının elit mərhələsində mübarizə aparacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının sabah, saat 10:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda açıq məşqi olacaq. Azerisport.az xəbər verir ki, KİV nümayəndələri məşqdən əvvəl baş məşqçidən müsahibə ala bilər.
