12 mart 2015 13:15
Baş katib yığma komanda ilə görüşüb
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, Məmmədov Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.
Qeyd edək ki, yığmamız Avropa çempionatının elit-raund mərhələsində martın 17-də Xorvatiya, 19-da Portuqaliya 2 gün sonra isə Serbiya komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı 2-ci qrupun oyunları Bakıda təşkil olunacaq.
