12 mart 2015 13:00
Arif Əsədov: AZAL-la cavab matçının penaltilərə qədər uzanmasını istəmirik
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində AZAL-a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər iki komandanın şansları bərabərdir. Kubok titul qazanmaq üçün ən qısa yoldur. Biz bunu başa düşürük və bu turnirdə uğur qazanmaq istəyirik. Penaltilərə hazırlaşırıqmı? Hər şey hazırlaşırıq. Amma çalışacağıq ki, oyun penaltilərə qədər uzanmasın. Bunun üçün hətta bir qol vurmaq da yetər".
