12 mart 2015 12:45
Məhəmməd Mirzəbəyov: İnter mənə yaxşı şərtlərlə müqavilə təklif edib
"İnter"in müdafiəçisi Məhəmməd Mirzəbəyov bəyan edib ki, paytaxt klubu ona yeni müqavilə təklif edib. Azerisport.az saytına açıqlamasında futbolçu bunları söyləyib:
"Başqa təkliflər də var idi. Amma o təkliflər barədə məndə konkret məlumat yoxdur. Çünki bütün işlərimlə menecerim məşğul olur. Sadəcə, "İnter" mənə çox yaxşı şərtlərlə müqavilə təklif etdi. Atamla məsləhətləşdim və karyeramı daha bir il "İnter"də davam etdirməyə qərar verdim. Çox təəssüf ki, baş məşqçi mövsümün sonunda komandanı tərk edəcək. Bu, "İnter" üçün böyük itkidir".
