12 mart 2015 12:30
Elbrus Məmmədov: İnterlə cavab oyununda müsbət sonluğa inanırıq
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "İnter"ə qarşı keçiriləcək cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk oyundakı məğlubiyyətə baxmayaraq, biz hələ də müsbət sonluğa inanırıq. Bakılıları öz meydanımızda məğlub edəcək gücdəyik. Ümid edirəm ki, qələbə qazanıb növbəti mərhələyə vəsiqə qazanacağıq. Adrian Skarlatakenin sabah meydana çıxacağına ümid edirik. Uzun sürən zədədən sonra bərpa prosesi keçirdi. Bu, çətin oyun öncəsi komandanın gücünə güc qatmış olacaq".
