12 mart 2015 12:00
Qriqorçuk: Bizi yarımfinala çıxaracaq nəticəyə köklənmişik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Simurq"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Korrekt oynamağa çalışacağıq ki, ilk oyundakı səhvlərimizi təkrarlamayaq. Heyətdə də dəyişikliklər olacaq. Amma bu, hədəfimizi dəyişdirmir. Baa düşürük ki, ilk oyunda uduzmuşuq. Rəqibin gücünə də bələdik. Lakin istənilən halda bizi yarımfinala çıxara biləcək nəticəyə köklənmişik. Heyətdən asılı olmayaraq, Zaqatalaya qələbə üçün gedirik".
