12 mart 2015 00:30
Quluzadə oynamadı, Atletiko evdə xal itirdi
Portuqaliya ikinci liqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Maritimo B" klubu ilə qarşılaşıb. Görüş 2:2 hesabıyla başa çatıb. Amitin adı matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Atletiko" hazırda 32 xalla 23-cü pillədə qərarlaşıb.
