12 mart 2015 00:20

Kərəmyan: Azərbaycan və Ermənistan yığmaları dost münasibətdə olmalıdır

Futbol üzrə Ermənistan yığmasının üzvü, "Pünik"in, Rumıniyanın "Timişioara", "Rapid" və "Styaua" klublarının sabiq yarımmüdafiəçisi Artavazd Kərəmyanın azerisport.az saytına müsahibəsi

- Erməni idmançıların Bakıda keçiriləcək ilk Avropa Oyunlarına gəlməsinə necə baxırsınız?
- Burada qeyri-adi heç nə görmürəm. Məncə, bu, normaldır. Bizim atletlərin Bakıda nə dərəcədə uğurlu çıxış edəcəyini bilmirəm. Amma onların bu səfəri məni qətiyyən məyus etmir.

- Amma bu ölkələrin futbol yığmaları arasındakı oyunlar heç cür alınmamışdı...
- Mənə elə gəlir ki, biz gec-tez UEFA-dan belə bir razılıq alacağıq. Bu, bizim ancaq xeyrimizə olacaq. Futbolçuların bir-birinə qarşı aqressiv köklənməsinə də səbəb görmürəm. Şəxsən mən tərəfdən heç bir aqressiya olmayacaq.

- AÇ-2008-in seçmə mərhələsində iki ölkə yığmasının bir qrupa düşməsini xatırlayırsınız?
- Əlbəttə. O zaman Polşa birinci oldu. Biz hamımız Azərbaycanla oynamağa hazırlaşırdıq.

- Xüsusi hazırlaşırdınız?
- Xeyr. Finlandiya və Polşaya qarşı necə hazırlaşırdıqsa, Azərbaycanla da oyuna eyni dərəcədə hazırlaşmışdıq.

- Azərbaycanla oyuna hazır idiniz?
- Əlbəttə. Amma o vaxt prezidentimiz qərar verdi ki, səfərə getmək lazım deyil. Düşünmürəm ki, Bakıda hansısa problemlə üzləşəcəkdik. Biz idmançıyıq və siyasətlə heç bir əlaqəmiz yoxdur.

- Əminsiniz?
- Bəli. Biz çıxıb öz futbolumuzu oynayacaqdıq. Qalib gələn də təbrik olunacaqdı.

- Yəni siz qadağanın götürülməsinin tərəfdarısınız?
- Şübhəsiz. Komandalarımız bir-biri ilə dost münasibətdə olmalıdır. Biz həmişə dost olmuşuq. Yadıma gəlir ki, İrəvanda mənim xeyli azərbaycanlı dostlarım, tanışlarım var idi. Əminəm ki, həmin dövrlər yenidən qayıdacaq.

- İndi azərbaycanlı dostunuz var?
- Xeyr.

- Bakıya gəlməkdən qorxmazsınız?
- Xeyr. Mən "Timişoara"nın heyətində Türkiyədə olmuşam və heç bir problemlə üzləşməmişəm. Birlik Kubokunda "Pünik"lə "Neftçi" arasındakı oyunu da xatırlayıram. Düzdür, həmin oyunda kiçik problemlər olmuşdu, amma ciddi bir şey yox idi. Amma mənə inanın ki, bizim xalqlarımız yenə də sülh şəraitində yaşayacaqlar. Bu yolda ilk addımın futbolçular tərəfindən atılmasına çox sevinərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.