11 mart 2015 19:30
Namiq Yusifov Qarabağda az oynamasının səbəbini açıqladı
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifov komandasının əsas heyətində oynamamasının səbəblərindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son dövrlər az oynayıram. Bu, baş məşqçinin qərarıdır. Məşqlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışıram və şansımı gözləyirəm. Fikrimcə, hər şey normaldır və yaxşı olacaq. Qarşıda "Bakı" ilə vacib kubok oyunu var. Meydana qələbə üçün çıxacağıq. Yarımfinala çıxmaq üçün buna məcburuq".
