11 mart 2015 16:00
Şehiç Bosniya və Herseqovina yığmasına dəvət olundu
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasına dəvət alıb. Azerisport.az xəbər verir ki, sözügedən ölkənin milli komandası AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Andorra ilə qarşılaşacaq.
Şehiç də komandasının hazırlıq prosesində iştirak edəcək. Amma onun bu görüşdə meydana çıxması hələlik, tam dəqiq deyil.
