11 mart 2015 15:15
Prosineçki Tiflisə casus göndərir
Azərbaycan yığma komandasının baş məşqçisi Robert Prosineçki öz köməkçisi Elxan Abdullayevi Gürcüstana yollayır. Azerisport.az xəbər verir ki, martın 25-də qonşu ölkənin yığma komandası yoxlama oyununda Maltanı qəbul edəcək.
Abdullayevin Tiflisə səfərində məqsəd də məhz Malta komandasının üzvlərini iş başında görməkdir. Çünki bu oyundan 4 gün sonra Malta yığması Bakıda Azərbaycan milli komandasının qonağı olacaq.
