11 mart 2015 14:00

Rəşad Sadiqov: Simurqa qarşı hamımız oynayacağıq

"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi

- Sizi ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində "Simurq"la cavab oyunu gözləyir. İlk oyundakı 0:3 hesablı ev məğlubiyyətindən sonra səfərə ümidsiz getdiyinizi demək olar?
- Şans azdır. Buna baxmayaraq, oynamaq lazımdır. Zaqatalada qələbə qazanmağa çalışacağıq. Komandada yaxşı atmosfer var. Çünki çempionatdakı son iki oyunumuzu qalib başa vurmuşuq. Mümkünsüz heç nə yoxdur.

- Premyer Liqanın 26-cı turunda da "İnter"lə oyununuz var. Ola bilər ki, əsas heyətin bütün üzvləri oynamasın?
- Hələ məlum deyil. Baş məşqçi bizə heyəti açıqlamayıb. Amma mənə elə gəlir ki, hamı oynayacaq.

- Çempionatdakı qələbələrə baxmayaraq, "Simurq"a kubokdakı məğlubiyyət komandanın bütün mənfi cəhətlərini üzə çıxardı...
- Mən düşünmürəm ki, həmin oyun "Qəbələ" üçün bir göstərici sayılmalıdır. Rəqib oyun ərzində cəmi dörd qol vəziyyəti yaradıb, onun da üçündən yararlanıb. Biz isə iki dəfə artıq qol vəziyyətimiz olmasına rəğmən, fərqlənə bilmədik. Ən azı onlardan birini vursaydıq, indi vəziyyət tam fərqli olardı. İlk qol komandanı sındırdı.

- Komandanızda ən çox ukraynalı legionerlər tənqid olunur. Dmitri Bezotosnı ilə Aleksey Qay çox oynasa da, Ruslan Fominlə Mixail Sivakov təsadüfi hallarda meydanda görünür...
- Komanda yoldaşlarım haqda danışmaq istəməzdim. Bu sualı baş məşqçiyə verməyiniz daha yaxşı olardı. İnanın ki, futbolçu nə qədər də yaxşı olsa, ona uyğunlaşmaq üçün vaxt lazımdır. Onlar da tam fərqli ölkəyə, futbol atmosferinə düşüblər və zamana ehtiyacları var.

- "Qəbələ" Avropa Liqasına vəsiqə qazanmaq üçün mütləq Premyer Liqada müvafiq yerlərdən birini tutmalıdır. Şanslarınızı necə qiymətləndirirsiniz?
- Mövsümün əvvəlində qarşımıza avrokuboklara çıxmaq tapşırığı qoyulmuşdu. Biz buna nail olmalıyıq. Buna layiq olduğumuzu düşünürəm. Bütövlükdə, klub olaraq Avropada çıxış etməyi haqq edirik.

- Martın 28-də AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Malta ilə oyuna dəvət alacağınıza ümidiniz var?
- "Qəbələ"nin son oyununda iştirak etmişəm. Malta ilə oyunadək daha iki görüşdə forma geymək şansım var. Həmin vaxta kimi hazır olacağam və milliyə dəvət almağı istərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.