11 mart 2015 11:15

İmamverdiyev Elazığsporun məşqlərindən uzaqlaşdırıldı

Türkiyənin "Elazığspor" klubunun baş məşqçisi Ümit Özat komandanın üç futbolçusu ilə bağlı gözlənilməz qərar qəbul edib. Azerisport.az xəbər verir ki, onların arasında "Neftçi"nin sabiq yarımmüdafiəçisi Cavid İmamverdiyev də var.

Bir neçə gün öncə komandasının uğursuz çıxışına görə istefa versə də, klub rəhbərliyi tərəfindən postundan saxlanılan baş məşqçi geri dönən kimi sərt qərarlar qəbul edib. Bu qərarlardan biri də komandanın aparıcı futbolçularından üçünün cəzalandırılması olub. Bunlar Fabio Biliça, Franko Kangele və Cavid İmamverdiyevdir. Hər üç futbolçu son dövrlərdə özlərini yaxşı tərəfdən göstərə bilmədiyinə görə əsas komandanın məşqlərindən kənarlaşdırılıb. Onların nə zaman geri qaytarılacağı barədə məlumat verilmir.

Qeyd edək ki, İmamverdiyev "Elazığspor"a ötən ilin sentyabr ayında keçmişdi və Türkiyə klubu ilə bir illik müqavilə imzalamışdı. 24 yaşlı yarımmüdafiəçi bu komandada keçirdiyi 19 oyunda 2 qola imza atıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.