10 mart 2015 18:30

Bakıda Beşiktaşın stadionuna oxşar arena inşa ediləcək

Türkiyədə işgüzar səfərdə olan “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli bu ölkənin iş adamları ilə görüşlər keçirib. Azerisport.az xəbər verir ki, “Beşiktaş” Klubunun rəhbəri, tanınmış iş adamı Fikrət Ormanla görüşdə Hacı İbrahim Nehrəmli bu klubun yenidən inşa edilən stadionunda aparılan tikinti işləri ilə tanış olub.

Türkiyənin ən müasir stadionu olacaq bu meydançanın oxşarının “Khazar İslands”da inşa edə biləcəklərini qeyd edən Beşiktaş Klubunun rəhbəri Fikrət Orman rəhbərlik etdiyi qurumun bu istiqamətdə “Avesta Concern”lə əməkdaşlığa hazır olduğunu vurğulayıb. Azərbaycanda beynəlxalq miqyaslı idman turnirlərinin artıq ənənə halını aldığını bildirən Hacı İbrahim Nehrəmli “Khazar İslands” layihəsində də bu məqamı nəzərə aldıqlarını diqqətə çatdırıb.

“Avesta Concern”in prezidenti həyata keçirdikləri layihədə müxtəlif növ idman yarışlarının keçirilməsini təmin edəcək meydançalarının olmasına xüsusi önəm verdiyini, gələcəkdə bu şəhərdə beynəlxalq idman yarışlarının keçiriləcəyinə inandığını bildirib. Beşkitaş İnşaatın “Khazar İslands”da stadion inşa etmək təklifi ətrafında aparılan danışıqlarda ilkin razılıq əldə olunub. Razılığa gəlinib ki, “Khazar İslands”da inşa ediləcək stadionun layihəsinin hazırlanması və inşası ilə bağlı danışıqlar davam etdirilsin.

Görüşdə Beşiktaş rəhbərinin təmsilçisi memar Nurcan Maraş da iştirak edib.

“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmlinin digər görüşü Türkiyənin ən böyük biznes strukturlarından biri olan NUROL Şirkətlər Qrupunun idarə heyətinin sədr müavini Erol Çarmıklı ilə olub. 1966-cı ildə yaradılan NUROL İnşaat yalnız Türkiyədə deyil, Yaxın Şərq, Afrika və keçmiş sovet respublikaları da daxil olmaqla dünyanın 30-dan artıq ölkəsində böyük layihələr həyata keçirir. Belə böyük şirkətin Azərbaycanda da layihələr həyata keçirməsi ölkəmizin maraqlarına cavab verərdi. Artıq bunun üçün ilkin addımlar atılıb. Görüşdə bu şirkətin “Khazar İslands” layihəsində iştirakı müzakirə olunub. Müzakirələrdə NUROL şirkətlər qrupunun “Khazar İslands”a sərmayə yatırımı ilə bağlı ilkin razılaşma əldə olunub və növbəti görüşlərdə həyata keçiriləcək layihələrlə bağlı müzakirə aparılmasına qərar verilib.

Hacı İbrahim Nehrəmlinin Türkiyədə bir çox inşaat və enerji layihələrini uğurla həyata keçirmiş TÜRKERLER Holdinqin layihə koordinatoru Mehmet Gürcan Erden ilə görüşündə “Avesta Concern”in ilə TÜRKERLER Holdinq arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. (Azərtac)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.