10 mart 2015 18:00
Rəşad Abdullayev: Neftçi il oyun finala bərabərdir
AZAL-ın yarımmüdafiəçisi Rəşad Abdullayev "Neftçi"yə qarşı keçiriləcək kubokun 1/4 final mərhələsinin cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.a saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi "Neftçi" ilə həlledici oyun gözləyir. Mən hətta deyərdim ki, bu, finala bərabərdir. Rəqibin üstünlüyü var. Çünki öz meydanlarında qolsuz heç-heçəyə imza atıblar. Rəqibin vuracağı bir qol da bizi çətin vəziyyətə sala bilər. Qol buraxmadan qələbə qazanmağa çalışacağıq. Biz öz meydanımızda yaxşı oynayırıq və bunu növbəti dəfə sübut etməliyik. "Neftçi"ni keçsək, finala çıxmaq üçün yaxşı şans əldə edəcəyik".
