Əfran İsmayılov: Bizə həm kubok, həm də çempionatı qazanmaq lazımdır
"İnter"in yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi
- "Neftçi" üzərində qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Çətin oyun idi. Vacib qələbə qazandıq. Hər iki komanda qələbə üçün çalışırdı. Biz qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Fikrimcə, layiqli qələbə qazandıq. Artıq bu qələbə keçmişdə qalıb. İrəli baxmaq lazımdır.
- Artıq bundan sonra çempionluq mübarizəsinin "Qarabağ"la "İnter" arasında gedəcəyini demək olar?
- Xeyr, hələ bu barədə danışmaq tezdir. "Neftçi" də bu mübarizəyə qoşula bilər. Bizim üçün əsas odur ki, hər oyuna düzgün yanaşaq və qələbə qazanaq.
- Sizinlə "Qarabağ" arasında 6 xallıq fərq var. Bu fərqi necə aradan qaldırmağı düşünürsünüz?
- Xüsusi nəyəsə ümid etmirik. Ancaq özümüzə. Hər matça çıxıb, öz oyunumuzu sərgiləyəcəyik. Çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Əgər alınmasa, Avropa Liqasına vəsiqə üçün mübarizə aparacağıq.
- Bəs kubok "İnter" üçün nə dərəcədə əhəmiyyətlidir?
- Gərgin qrafikə və yorğunluğa baxmayaraq, futbolçu həyatının belə olduğunu başa düşürük. Bizə həm kubok, həm də çempionat eyni dərəcədə vacibdir. Hansı alınacaqsa, onu da qazanmağa çalışacağıq.
- Deyilənə görə, siz növbəti mövsümdən "İnter"də qalmayacaqsınız...
- Əlbəttə, biz baş məşqçinin mövsümün sonunda komandanı tərk edəcəyinə çox məyusuq. O, bu komandada sözünü deməyi bacarıb. Amma Gürcüstan yığmasına getməsi bizi sevindirir. Mənə gəlincə, hələlik, heç nə deyə bilmərəm. Hər şeyi zaman göstərəcək.
