10 mart 2015 16:00
Kamran Ağayev: Əgər qol buraxmamışamsa, deməli, hər şeyi düz etmişəm
Azərbaycan yığmasının və Türkiyənin "Kayserispor" klubunun qapıçısı Kamran Ağayev PTT 1-ci Liqanın son turunda "Bucaspor"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 3:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Vacib qələbə qazandıq. Nəticədə, liderliyimizi qoruduq. Öz oyunuma gəlincə, əgər qol buraxmadımsa, deməli, hər şeyi düz etmişəm. Şadam ki, komandamın qələbə qazanmasına kömək edə bildim. Əgər zədə olmasa, "Kayserispor"un qapısını qorumağa davam edəcəyəm".
