10 mart 2015 15:00

Tərlan Əhmədov: Cəriməni onun mükafatından tutacağıq

AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun azerisport.az saytına müsahibəsi

- AFFA İntizam Komitəsi Rəşad Abdullayevi "Bakı" ilə son oyundak davranışına görə 3 oyunluq cəzalandırdı. Siz bu qərarla razısınız?
- Çıxarılan qərara hörmətlə yanaşırıq. Abdullayevin orada nə dediyini eşitməmişəm. Amma hakim yaxın idi və yəqin ki, hər şeyi eşidib. Oyundan sonrakı mətbuat konfransında da bildirdim ki, Rəşad günahkardı və belə hərəkət etməməli idi.

- Futbolçunun özü ilə söhbət etmisiniz?
- Bəli, bu gün söhbət etdik. Dedim ki, buna görə cərimələnəcəksən.

- Maaşından kəsəcəksiniz?
- Xeyr. Biz heç vaxt futbolçunun maaşını kəsmirik. Bu, onların puludur, onunla ailələrini dolandırırlar. Onun mükafatından kəsəcəyik.

- Üç gün sonra sizi "Neftçi" ilə kubokun cavab oyunu gözləyir. Hazırlıq necə gedir?
- Təəssüf ki, Xuan Fransisko bu oyunu buraxacaq. Viktor İqbekoyinin də problemi var. Amma hər şeyə rəğmən, hazırlaşırıq. "Neftçi" ilə oyuna optimal formada çıxmağa çalışacağıq. Yarımfinala çıxmaq üçün əlimizdən gələni edəcəyik.

- İlk oyundakı qolsuz heç-heçədən sonra AZAL-ın mərhələ adlamaq şansları nə dərəcədə yüksəkdir?
- Çox çətin olacaq. Qonaqların vuracağı hər qol ikiyə bərabər olacaq. Bu üzdən bizim yalnız qələbə qazanmağımız lazımdır ki, mərhələ adlayaq.

- AZAL həm çempionat, həm də kubokdan avrokuboklara vəsiqə əldə edə bilər. Şəxsən sizin üçün hansı turnir prioritet təşkil edir?
- Bizim üçün hər iki turnir çox vacibdir. Bundan istifadə etməyimiz lazımdır. Hər ikisində sonadək mübarizə aparmağa çalışacağıq. Hansı yolun bizi avrokuboklara aparacağını isə mövsümün sonunda görəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.