10 mart 2015 14:45
Dodo: Mordoviyanın mənimlə maraqlanması barədə heç nə bilmirəm
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Rusiyanın "Mordoviya" klubunun onunla maraqlanması barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rusiyanın "Mordoviya" klubunun mənimlə maraqlanması barədə heç nə bilmirəm. Bu barədə ancaq mətbuatdan oxumuşam. Ona görə heç nə deyə bilmərəm. Təklifin necə olduğu, məndən nə istədikləri barədə də məlumatım yoxdur".
