10 mart 2015 14:00
Ruslan Qurbanov: Hiss edirdim ki, qol vuracağam
Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov Xorvatiyanın "Hayduk" klubunun heyətində "Sladorana"ya qarşı keçirdiyi yoxlama oyunundan və vurduğu qoldan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yoxlama oyunu idi. İlk 10 dəqiqədə əsas heyət oynadı. Sonradan gənclərə şans verildi. Komandamız yaxşı təsir bağışladı. Vurduğum qola gəlincə, fərqlənəcəyimi hiss edirdim. Qapı qarşısına əla ötürmə edildi və mənə sadəcə, topu qapıya göndərmək qalırdı. Şadam ki, qol vura bildim. Artıq "Dinamo" ilə derbiyə hazırlaşırıq. Həmin oyun martın 14-də baş tutacaq".
