10 mart 2015 13:30
Artyom Milevski: Ruslan Qurbanov Haydukun aparıcı futbolçularından biri ola bilər
Xorvatiyanın "Hayduk" klubunun ukraynalı hücumçusu Artyom Milevski komanda yoldaşı, Azərbaycan yığmasının forvardı Ruslan Qurbanovla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qurbanov ilk oyunundaca özünü yaxşı tərəfdən göstərməyi bacardı. Əminəm ki, gələcəkdə o, daha yaxşı çıxış edəcək. Ruslan "Hayduk"un aparıcı futbolçularından biri ola bilər. Onun yaxşı məktəb keçdiyi dərhal hiss olunur".
