10 mart 2015 12:15
Dmitri Nazarov oynadı, komandası xal itirdi
Almaniya ikinci bundesliqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Leypsiq"lə qarşılaşıb. Matç qolsuz başa çatıb. Nazarov matçın 73-cü dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, hazırda "Karlsrue" 40 xalla 4-cü pillədə qərarlaşıb.
