Aqil Məmmədov: Neftçidə heç bir problem yoxdur
"Neftçi"nin qapıçısı Aqil Məmmədovun azeriport.az saytına müsahibəsi
- "İnter"ə məğlubiyyətlə bağlı nə deyə bilərsiniz?
- Biz yaxşı matç keçirdik. Amma meydanda hər şey biz istədiyimiz kimi alınmadı. Rəqib cəmi iki qol vəziyyəti yaratdı, onlardan da maksimum yararlandı. Fikrimcə, uduzsaq da, rəqibdən daha yaxşı çıxış etdik.
- İlk qol epizodunda Mirhüseyn Seyidovun səhvi var idi. Bəs ikinci qolda?
- Hər buraxılan qola görə günahkar axtarmaq düzgün deyil.
- Artıq "Neftçi"nin bütün diqqətini Azərbaycan Kubokuna yönəldəcəyini demək olar?
- Belə məğlubiyyətdən sonra başqa çıxış yolumuz yoxdur.
- Qorxmursunuz ki, AZAL-la 1/4 final mərhələsinin cavab oyununda da uduza bilərsiniz?
- Buna imkan verməməliyik. Asan olmayacaq. Xüsusilə də ev oyunundakı qolsuz heç-heçədən sonra. Bu komandanı mübarizədən kənarlaşdırmağa çalışacağıq.
- "Neftçi"nin futbolçuları sanki depressiyaya düşmüş təsiri bağışlayır...
- Mən belə deməzdim. Komanda daxilində çox yaxşı atmosfer var. Bizdə heç bir problem yoxdur.
- Futbolçuların maaşının gecikməsi problemi yoxdur?
- Xeyr, bizdə heç bir maliyyə problemi yodur. Hamının maaşı ödənilib.
