9 mart 2015 20:15
İnterin futbolçuları Malta ilə oyuna çağırıldı
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqibi olan Malta martın 25-də yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, sözügedən komanda həmin gün qonşu Gürcüstan yığmasının qonağı olacaq.
Tiflisdə keçiriləcək bu görüşdə Bakı "İnter"inin də futbolçuları çıxış edə bilərlər. Belə ki, artıq Gürcüstan Futbol Federasiyası Topaz Premyer Liqasında çıxış edən Aleksandr Amisulaşvili, Laşa Salukvadze və Baçana Sxadadzeyə görə paytaxt klubuna müraciət edib.
