9 mart 2015 13:00
Mendi: Bu qələbə bizə Avroliqaya vəsiqə qazanmaq üçün mübarizəni davam etdirməyə imkan verdi
"Qəbələ"nin hücumçusu Viktor Mendi Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:0 hesablı qələbələri ilə bağlı bunları söyləyib:
"Biz uğurlu oyun keçirdik. İki qol vurduq. Amma daha çox fərqlənə bilərdik. Birinci hissə daha uğurlu alındı. İkinci hissədə isə təşəbbüsü rəqibə verib, əks-hücumda oynamağa başladıq. Bu qələbə bizə Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizəni davam etdirməyə imkan verdi".
