9 mart 2015 00:25
Ansi Aqolli: Hər şey bizim istədiyimiz kimi alınmadı
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ağır oyun oldu. Bizim qol vurmaq üçün başqa şanslarımız da var idi. Amma hər şey bizim istədiyimiz kimi olmadı. Hər şeyə rəğmən, qalib gələ bildik. Qələbə qələbədir. Azarkeşlərə də dəstəyə görə təşəkkürümü bildirirəm".
