9 mart 2015 00:10
Rəşad Sadıqov: XL nəticə üçün mübarizə aparırdı
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Çətin oyun oldu. Biz onların "Qəbələ"yə qarşı keçirdikləri görüşü izləmişdik. "Xəzər Lənkəran" yaxşı komandadır. Onlar da nəticə üçün mübarizə aparırdılar. Amma biz də qələbə qazanmaq istəyirdik və sonda istəyimizə çatdıq".
