9 mart 2015 00:00
Emil Balayevsiz Ayntraxt məğlub oldu
Almaniya Bundesliqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı qapıçı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Köln"lə qarşılaşıb. Oyun Frankfurt klubunun 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Emilin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, Balayevin komandası hazırda 31 xalla 9-cu pillədə qərarlaşıb.
