8 mart 2015 20:10
Cəmşid Məhərrəmov Adana derbisindən məyus ayrıldı
Türkiyə PTT 1-ci Liqasında 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası - "Adanaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Adana Dəmirspor"la qarşılaşıb. Adana derbisi Cəmşidin klubunun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Məhərrəmov sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Adanaspor" hazırda 28 xalla 12-ci pillədə qərarlaşıb.
