8 mart 2015 12:00
Amit Quluzadə oynamadı, komandası uduzdu
Portuqaliya çempionatının ikinci liqasında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" səfərdə “Oliveyrense” ilə üz-üzə gəlib.
Oyun futbolçumuzun klubunun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Quluzadə bu dəfə də komandasının oyununda iştirak etməyib. O, qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Atletiko" hazırda 31 xalla 23-cü pillədə qərarlaşıb.
