8 mart 2015 00:05

Topaz Premyer Liqasında 25-ci tur həyacanı

Bu gün Topaz Premyer Liqasında 25-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun qarşılaşmaları eyni gündə baş tutacaq.

Turun açılış oyununda iki paytaxt klubu qarşılaşacaq. AZAL doğma meydanda “Bakı” ilə üz-üzə gələcək. 25-ci - yubiley paytaxt derbisi öncəsi “Bakı” minimal üstünlüyə malikdir. Bu komanda indiyə qədər 10 dəfə qələbə qazanıb. "Təyyarəçilər"in hesabında isə 9 qələbə var. Daha 5 qarşılaşmada da heç-heçə qeydə alınıb. AZAL son iki ev matçında məğlub olub. Paytaxtın eyniadlı təmsilçisi son 5 qarşılaşmada meydanı qolsuz tərk etməyib. Top fərqində də "zolaqlılar"ın minimal üstünlüyü var - 23:22. Bu mövsüm baş tutan oyunlara gəlincə, "Bakı" AZAL-a səfərdəki oyunda 1:0 hesabıyla qalib gəlib, amma öz meydanında 1:3 hesabıyla uduzub.

Daha bir paytaxt derbisi “Neftçi” ilə “İnter” arasında baş tutacaq. Liderin əsas izləyiciləri arasındakı bu görüşü turun mərkəzi matçı da saymaq olar. Son 5 paytaxt derbisində “Neftçi” qələbə qazanmayıb. “İnter” isə rəqib meydanındakı son 6 görüşdə 3 xal əldə etməyib. Ümumilikdə isə son 6 qarşılaşmanın 5-də hər iki komanda qol sevinci yaşayıb. Bu klubların əvvəlki 41 oyununda "Neftçi"nin 19, "İnter"in isə 9 qələbəsi var. Daha 13 görüşdə tərəflər hərəyə 1 xal qazanıblar. Top fərqində də "ağ-qaralar"ın böyük üstünlüyü var - 61:38. Bu mövsüm "Neftçi"nin meydanında baş tutmuş ilk oyunda hesab açılmamışdı. "İnter Arena"dakı görüşdə isə meydan sahibləri 2:1 hesabıyla üstün olmuşdular.

Lider “Qarabağ” “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək. Bu klubların əvvəlki 30 oyunundan 14-də Ağdam təmsilçisi 3 xalı bayram edən tərəf olub. Cənub klubu isə 12 dəfə eyni uğura imza atıb. Yerdə qalan 4 qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqi də Lənkəran klubunun xeyrinədir - 36:34. Son 10 oyunda heç-heçə etməyən əyalət təmsilçilərinin bu mövsümə təsadüf edən son iki matçında “Qarabağ” eynihesablı qələbə qazanıb - 3:2. “Xəzər Lənkəran” isə son 4 matçda meydanı qol vurmadan tərk etməyib. Gənclərdən qurulan Elbrus Məmmədovun komandası ötən tur "Bakı" üzərində qələbə qazansa da, son çempionu büdrədəcək gücdə deyil.

Turun qapanış matçında isə “Qəbələ” “Sumqayıt”la qarşılaşacaq. “Qəbələ” sumqayıtlılarla qarşılaşmalarda böyük üstünlüyə malikdir. “Gənclik şəhəri” təmsilçisi indiyədək səfər matçlarında xal qazana bilməyib. “Qəbələ” əvvəlki 10 matçın hamısında qol sevinci yaşayıb. Bu klubun hesabında 8 qələbə var. Sumqayıtlılar isə cəmi 1 dəfə "Qəbələ"yə qalib gələ bilib. Daha bir görüş də heç-heçə bitib. "Qəbələ" top fərqində də böyük üstünlüyə malikdir - 23:8. Bu mövsüm keçirilmiş oyunlara gəlincə, "Qəbələ" birinci dövrədə 3:1 hesabıyla üstün olub. Sumqayıtdakı qarşılaşmada isə qalib müəyyənləşməyib - 1:1.

Topaz Premyer Liqası
25-ci tur

8 mart (bazar)

15:00. “Neftçi” – “İnter”
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Namiq Hüseynov, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

16:00. AZAL – “Bakı”
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Vüsal Qənbərov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. "AZAL Arena".

17:00. “Qarabağ” – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Cavanşir Yusifov, Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

18:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Vüqar Bayramov, Rza Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Qəbələ şəhər stadionu.
 

1Qarabağ21144336-1946
2İnter211010135-1040
3Neftçi22116527-1639
4Simurq2285931-2629
5Qəbələ2277826-3128
6AZAL2167822-2925
7Xəzər Lənkəran21651026-3023
8Sumqayıt21471020-2919
9Bakı21251415-4811
10Araz Naxçıvan00000-00

Bombardirlər:
11
- Nurlan Novruzov ("Bakı").
10 - Draqan Çeran ("Simurq").
8 - Mikel Alvaro (“İnter”), Junior Nildo ("İnter"), Məhəmməd Qurbanov (“Sumqayıt”).
7 - Rəşad Eyubov ("Simurq").
6 - Freddi Mombonqo (AZAL), Reynaldo Silva ("Qarabağ"), Cavid Hüseynov ("Qəbələ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.