7 mart 2015 19:00
Rail Məlikovun komandası yenə uduzdu
Türkiyə PTT 1-ci liqasında 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası - "Dənizlispor" da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında "Alanyaspor"la qarşılaşıb. Görüş Railin klubunun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Məlikov matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Dənizlispor" hazırda 18 xalla 17-ci pillədə qərarlaşıb.
