7 mart 2015 18:00
Aleksandr Çertoqanov: Qəbələni təəccübləndirə bilərik
"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksandr Çertoqanov Topaz Premyer Liqasının növbəti turu çərçivəsində qarşılaşacaqları "Qəbələ" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun olacaq. Əminəm ki, "Qəbələ" uğurlu seriyasını davam etdirməyə çalışacaq. Amma biz də sona qədər mübarizə aparacağıq. Qəbələlilər təcrübə baxımından bizi üstələyirlər. Amma biz də onları təəccübləndirə bilərik".
Qeyd edək ki, Çertoqanov bu oyunu diskvalifikasiyalı olduğuna görə buraxacaq.
