7 mart 2015 16:00

Qara Qarayev: Qızıl dubla imza atmaq yaxşı olardı, amma biz indidən bu barədə düşünmürük

Azərbaycan yığmasının və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibəsi

- "Qarabağ"ın artıq ölkə kubokunun yarımfinalına çıxdığını və "Qəbələ" - "Simurq" cütünün qalibini gözlədiyini demək olar?
- Birmənalı şəkildə yox. "Bakı" ilə oyunda inamlı qələbə qazandıq. Amma bu, o demək deyil ki, biz yarımfinal barədə düşünməliyik. Qələbə bizi arxayınlaşdırmamalıdır. Qarşıda bizi hələ cavab oyunu gözləyir. Cavab görüşünə də ilk oyundakı qədər ciddi yanaşmalıyıq.

- Daha böyük hesabla qalib gəlmək olardı?
- Bu, sifarişlə deyil ki. Biz hər bir görüşə ciddi yanaşırıq. Belə olmasa, biz kubokdan kənarda da qala bilərik.

- Komandanız həm çempionatda, həm də kubokda inamlı oynayır. "Qızıl dubl" barədə düşünmürsünüz?
- Bu, mənim üçün ilk belə uğur olar. Əminəm ki, gözəl hissdir. Amam bu barədə indidən düşünməmək daha yaxşı olardı. Daha çətin oyunlarımız hələ qarşıdadır.

- Martın 8-də sizi "Xəzər Lənkəran"la oyun gözləyir...
- Bu komandanın heyətində çoxlu gənc futbolçu var. Amma belə komandalara qarşı oynamaq çətin olur. Çünki gənclər çox istəkli olurlar, meydanda çox çalışırlar. Hər şeyə rəğmən, 3 xal qazanmağa çalışacağıq.

- Komandanızın yeni transferi Dani barədə nə deyə bilərsiniz?
- Mən onu ancaq məşqlərdə görmüşəm. Pis təsir bağışlamır. Amma əsl potensialını oyunlar zamanı görəcəyik. Onun hələ komandaya uyğunlaşması lazımdır. Ümid edirəm ki, növbəti mövsümdə bizə kömək edə biləcək.

- Artıq Malta ilə seçmə mərhələ oyunu barədə düşünməyə başlamısınız?
- Bu oyun öncəsi həyacandan daha çox məsuliyyət hissi var. Klubda məşq edərkən də Malta ilə oyunu düşünürəm, özümü motivasiya etməyə çalışıram ki, daha yaxşı hazırlaşım, hazır olum.

- Sizcə, Robert Prosineçki sizə əsas heyətdə yer ayıracaq?
- Yaxşı forma olsam, oynamalıyam. Çalışıram ki, Prosineçkinin heyətində mənim də adım olsun. "Şaxtyor"la görüşdə əsas heyətdə idim. Prosineçkidən əvvəl də yığmada oynayırdım. O, mənim komandaya kömək edəcək gücdə olduğuma inanır. Bu, məni çox sevindirir və ruhlandırır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.