7 mart 2015 15:00
İbrahim Uzunca: Bakının bu mövsüm göstərmək istədiyi nələrsə var
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının növbəti turu çərçivəsində qarşılaşacaqları AZAL-la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AZAL-la oyun xal ehtiyatımızı artırmaq üçün yaxşı bir şansdır. Bütün problemlərə baxmayaraq, komandanı ancaq qələbəyə kökləməyə çalışacaağıq. Bizim hələ bu mövsüm göstərmək istədiyimiz nələrsə var".
