7 mart 2015 14:30
Vyekoslav Tomiç: Qarabağla oyunda müsbət nəticə qazanacağımıza ümidliyəm
"Xəzər Lənkəran"ın qaopıçısı Vyekoslav Tomiç Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ölkənin ən yaxşı komandası ilə oynayacağıq. Başa düşürük ki, bu oyunda hər şey bizə qarşıdı. Amma buna baxmayaraq, heç birimiz ümidimizi itirmirik. Gənc oyunçular üçün də bu oyun özlərini göstərmək baxımından bir şansdır. Ümid edirəm ki, bizə uğurlu görüş keçirə, müsbət nəticə qazana biləcəyik".
